Putinin vizit kartı 550 min rubla satışa çıxarıldı

Putinin vizit kartı 550 min rubla satışa çıxarıldı
  10 Dekabr 2020    Oxunub:1540
Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimir Putinin vizit kartı satışa çıxarılıb.
Azvision.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, “Avito” adlı istifadəçi Putinin vizit kartını 550 min rubla satır.

Sankt-Peterburqun gerbi olan ağ-qara vizit kartında Putinin şəhər rəhbərliyində işlədiyi vaxtdakı vəzifəsi göstərlib. Putin o zaman şəhər merinin beynəlxalq və xarici iqtisadi əlaqələr üzrə müavini, meriyanın xarici əlaqələr komitəsinin sədri olub.

“Original. Yaxşı vəziyyətdədir. 2004-cü ildən bəri cüzdanımdadır”, - elanda yazılıb.

İstifadəçi qeyd edir ki, vaxtilə şirkətdə Putinin müşaviri ilə birlikdə çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: vizitkart  





Xəbər lenti