Azərbaycanlı gənc 3-cü dəfə Rusiya çempionu oldu

Azərbaycanlı gənc 3-cü dəfə Rusiya çempionu oldu
  06 Dekabr 2020    Oxunub:1983
Rusiyada yaşayan azərbaycanlı Qabil Məmmədov boks üzrə üçqat ölkə çempionu olub.
Azvision.az xəbər verir ki, Orenburqda keçirilən Rusiya çempionatının finalında Q.Məmmədov 63 kiloqram çəki dərəcəsində Tuladan olan boksçu İlya Şakirovu məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Q.Məmmədov 1994-cü ildə Orenburq vilayətində anadan olub. 15 ilə yaxındır peşəkar boksla məşğuldur, Rusiyanın beynəlxalq dərəcəli idman ustasıdır.

Bundan əvvəl, azərbaycanlı gənc 2018-ci və 2019-cu illərdə Rusiya çempionu adına layiq görülüb.

Azvision.az


Teqlər: İdman   Boks  





Xəbər lenti