SOCAR-ın büdcə ödəmələri artıb

SOCAR-ın büdcə ödəmələri artıb
  03 Dekabr 2020    Oxunub:1853
SOCAR büdcə ödəmələrini artırıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında bildirilib.

Qeyd olunub ki, ölkə üzrə ən iri vergiödəyicilərindən biri olaraq SOCAR dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli yer tutur və ölkə iqtisadiyyatının inkişafında təkanverici rol oynayır. Şirkət 2019-cu ildə büdcəyə 1 milyard 622 milyon 208,2 min manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib. Əvvəlki illə müqayisədə vergi ödəmələri 14 milyon 145,1 min manat çox olub.

Azvision.az


Teqlər: SOCAR   Büdcə  





Xəbər lenti