NATO Qarabağda baş verənləri müzakirə edəcək

   NATO Qarabağda baş verənləri müzakirə edəcək
  01 Dekabr 2020    Oxunub:1483
NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, uzaq şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük", - deyə NATO Baş katibi vurğulayıb.

Azvision.az


Teqlər: NATO   Qarabağ  





Xəbər lenti