Bayden prezidentliyin ilk yüz günü üçün planlarını açıqladı

Bayden prezidentliyin ilk yüz günü üçün planlarını açıqladı
  25 Noyabr 2020    Oxunub:1281
ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində qələbəsini elan edən Cozef Bayden prezidentliyin ilk yüz günü üçün planlarını açıqlayıb.
Azvision.az xəbər verir ki, Bayden ilk yüz gününü miqrasiya islahatlarına və koronavirusla mübarizəyə həsr edəcəyini deyib.

"Senata 11 milyon sənədsiz insan üçün vətəndaşlıq almağa yol açacaq immiqrasiya qanunu göndərəcəyəm", - deyə Bayden vurğulayıb.

Siyasətçi ABŞ-ın hazırkı prezidenti Donald Trampın, onun fikrincə, iqlimə və insan sağlamlığına ziyan vuran bəzi fərmanlarını ləğv etmək niyyətində olduğunu da əlavə edib. Bayden, Trampla bağlı istintaq başlatmayacağını, diqqətini Amerika cəmiyyətində inamın bərpasına yönəldəcəyini vəd edib.

Eyni zamanda, siyasətçi bildirib ki, hakimiyyətində səkkiz il vitse-prezident vəzifəsində çalışdığı Barak Obamanın "üçüncü dövrü" olmayacaq.

"Tamamilə fərqli bir dünya ilə qarşı-qarşıyayıq. Prezident Tramp mənzərəni dəyişdirdi".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib, lakin yekun nəticələr hələ açıqlanmayıb. Artıq bir sıra dünya liderləri Baydeni dövlət başçısı seçilməsi münasibətilə təbrik ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti