Qırğızıstanda erkən prezident seçkilərinin vaxtı bilindi

  24 Oktyabr 2020    Oxunub : 2087
Qırğızıstanda erkən prezident seçkilərinin vaxtı bilindi
Qırğızıstanda 10 yanvar 2021-ci il tarixində erkən prezident seçkiləri keçiriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalif qüvvələr etiraz aksiyasına başlamışdı. Qanunverici orqana keçə bilməyən müxalifət partiyalarının tərəfdarları Prezident Administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçirmişdilər. Qarşıdurmalar zamanı mindən çox insan yaralanıb, bir nəfər ölüb.

Bu səbəbdən Qırğızıstan Prezident Sooronbay Jeenbekov 15 oktyabrda istefa verib. Bundan sonra ölkədə vəziyyət sabitləşib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qırğızıstan