“Ermənistan cinayətlərinin cavabını verəcək” - Hulusi Akar

  24 Oktyabr 2020    Oxunub : 2979
 “Ermənistan cinayətlərinin cavabını verəcək” -  Hulusi Akar
Azərbaycanın haqlı davasında bu gün olduğu kimi, sabah da qardaşlarımızın yanında olacağıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan edib.

“Biz işğalçı, barbar Ermənistanın qardaşlarımızı öldürməsinə biganə qala bilmərik. Azərbaycana mücadiləsinin sonuna kimi dəstək verəcəyik. Dünya birliyi, Qərb işğalçı Ermənistanın uşaq, qadın, yaşlı demədən mülki insanlara qarşı cinayətlərini və barbarlığını görmür”, - deyə Akar əlavə edib.

Nazir bildirib ki, Ermənistan bu cinayətlərinin cavabını verəcək: “Xain hücumlarda şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzu edirik”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: HulusiAkar