Ermənistanda hakim elita parçalanır

 Ermənistanda hakim elita parçalanır
  19 Oktyabr 2020    Oxunub:2031
Ermənistanda Dağlıq Qarabağdakı hərbi qarşıdurmanın kəskinləşməsi fonunda hakim elita və toplum arasında parçalanma başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Məqalədə deyilir ki, hərbi əməliyyatların gedişində Paşinyan dörd ay əvvəl özü bu vəzifəyə gətirdiyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyanı istefaya göndərib.

Qeyd edilib ki, o zaman Karamyanın bu vəzifəyə təyin edilməsi ilə Soros Fondunun himayəçisi sayılan bir məmurun kariyerasındakı həddindən artıq sürətlə yüksəliş müxalifət tərəfindən suallar doğurdu.

Ekspertlərin fikrincə, Paşinyanın ətrafında kifayət qədər qərbyönümlü şəxs var: Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan.

Bundan əlavə, məqalədə mənbəyə istinadla qeyd edilib ki, İrəvanda Rusiyapərəst əhval-ruhiyyə artmaqdadır və fəal şəkildə Moskva yönümlü bir koalisiyanın qurulması prosesi gedir.

Həmin koalisiya ətrafında keçmiş prezident Robert Koçaryan, 2018-ci ildə “məxmər inqilab” nəticəsində faktiki olaraq devrilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kimi sabiq müxalifət fiqurları və ya keçmiş hakim elitanın birləşdiyi şəxslər var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti