Türkiyə MN-dən azad olunan kəndlərlə bağlı paylaşım

Türkiyə MN-dən azad olunan kəndlərlə bağlı paylaşım
  19 Oktyabr 2020    Oxunub:2227
Humanitar atəşkəsə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mülki insanlara hücum edən Ermənistanın cavabını cəbhədə verməkdə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Nazirlik bəyan edib ki, geri alınan 13 kəndlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb.



Xatırladaq ki, bu gün Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti