Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb
  19 Oktyabr 2020    Oxunub:1510
Türkiyədə son sutka ərzində 72 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1815 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9296, virusa yoluxanlar isə 347 493 nəfərə çatıb.

Türkiyədə indiyədək 304 003 pasiyent (son sutkada 1504 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti