Koronavirusa yoluxanların sayı 40 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 40 milyonu keçdi
  18 Oktyabr 2020    Oxunub:1883
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.
Azvision.az "Worldometer" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxanların sayı 40 milyon 55 min 705, infeksiyadan ölənlərin sayı isə 1 milyon 115 min 898 nəfərə çatıb.

İndiyədək 29 milyon 951 min 723 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 988 min 84 xəstədən 71 min 987 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 8 milyon 345 mini keçib. Hindistanda 7 milyon 504 min, Braziliyada 5 milyon 224 min, Rusiyada 1 milyon 399 min, İspaniyada isə 982 min yoluxma qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti