Lavrovla Mnatsakanyan Qarabağı müzakirə edib

 Lavrovla Mnatsakanyan Qarabağı müzakirə edib
  26 Avqust 2020    Oxunub:4190
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.
Azvision.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, nazirlər bölgədəki vəziyyəti müzakirə ediblər.

“Mnatsakanyan və Lavrov, Ermənistan-Azərbaycan sərhədində iyulda vəziyyətin gərginləşməsindən sonrakı regional prosesləri və bu çərçivədə Qarabağ nizamlanması ətrafındakı situasiyanı müzakirə ediblər.

Mnatsakanyan, bölgədə sülhün və təhlükəsizliyin qorunması üçün Ermənistan-Rusiya əməkdaşlığının vacibliyini vurğulayıb”, məlumatda deyilir.

Qeyd edilib ki, nazirlər gündəmdə olan digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan-Azərbaycan  





Xəbər lenti