Rusiyada yaşayış binasında partlayış olub, yanğın başlayıb

Rusiyada yaşayış binasında partlayış olub, yanğın başlayıb
  26 Avqust 2020    Oxunub:2449
Moskvada yaşayış binasında partlayış olub.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, hadisə Kubinka küçəsində baş verib. Partlayışdan sonra binada güclü yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər və xilasedici briqadası gedib. İlkin məlumata görə, bir qadın yaralanıb, 10 nəfər xilas edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Moskva   Partlayış   Bina   Yanğın  





Xəbər lenti