Qaydaları pozan 10 velosipedçi cərimələndi

  13 Avqust 2020    Oxunub : 1797
Qaydaları pozan 10 velosipedçi cərimələndi
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir.

Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb. Eyni zamanda ciddi qayda pozuntusuna yol verən velosipedçilər saxlanılıb.

Kobud şəkildə qaydaları pozan 10 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib edilib.

Azvision.az

Teqlər: DİN