Braziliyada 103 mindən çox insan virusdan ölüb

  12 Avqust 2020    Oxunub : 2198
Braziliyada 103 mindən çox insan virusdan ölüb
Braziliyada son 24 saat ərzində 1274 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 103 min 26-ya yüksəlib. Yoluxma sayı 52 min 160 nəfər artaraq 3 milyon 109 min 630-a çatıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Brazilya   virus