Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  08 Avqust 2020    Oxunub:3128
Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Kürdəmir rayonunun Şüşün kəndi ərazisində yolu keçən kənd sakini Fariz İbrahimov Sabirabad rayon sakini N.Bağırovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə vurub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Sürücü və piyada xəsarətlə xəstəxanaya yerləşdiriliblər. F.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qeza   DYP  





Xəbər lenti