SOCAR zavoddakı yanğınla bağlı açıqlama verdi

  07 Avqust 2020    Oxunub : 2341
 SOCAR zavoddakı yanğınla bağlı açıqlama verdi
“Sumqayıt Etilen-Polietilen zavodunda alışma baş verib və bir neçə dəqiqədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Alışmanın səbəbləri hələlik bəlli deyil.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ilkin ehtimala görə yanğın orada aparılan və yekunlaşmaq üzrə olan modernizasiya və tikinti işləri ilə əlaqədar olub.

"Hadisə istehsalat prosesi ilə bağlı deyil, çünki müəssisə dövrü təmir üçün 3 gündür dayanıb. Alışma nəticəsində bir neçə əməkdaş və modernizasiya layihəsində iştirak edən podratçılar xəsarət alıblar. Onların vəziyyəti orta ağır və ağır olaraq dəyərləndirilir. Müalicələri davam edir".

Aytən Zəhra
Azvision.az

Teqlər: SOCAR   Yanğın