Nazirlik Siyəzəndəki yanğınla bağlı məlumat yaydı
"Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb. Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", - deyə nazirlik rəsmisi vurğulayıb.
Azvision.az