Həyətində qurban kəsən şəxs saxlanıldı
Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.
Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb edir.
Azvision.az