Evdən oğurluq edən dəstə tutuldu
Araşdırmalarla onların Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayan Sabir Əliyev, Sərxan Mirzəyev, Cavid İsmayılov və Vasif Uluxanov olduğu müəyyən edilib. Onların oğurluq məqsədi ilə daxil olduğu evdən 4500 manat ABŞ dolları, balansında 4440 manat olan təqaüd və maaş kartları, 4 ədəd qızıl qolbağı, müxtəlif qadın ətirləri və bijuteriya əşyaları götürdükləri məlum olub.
Oğurlanmış pulların və əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Laçın RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az