Beyləqanda mal-heyvan oğurları tutuldu

Beyləqanda mal-heyvan oğurları tutuldu
  30 İyul 2020    Oxunub:1931
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər. Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb. Araşdırmalarla onun 6 baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib. Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti