Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs olundu
İstintaq zamanı, həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə olunmasını nümayiş etdirib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən qəbul edərək insanlara göstərib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da deyib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə iki ay müddətində həbs qətimkan tədbiri seçilib.
Azvision.az