Güclü külək Şəmkirdə fəsadlar törədib - FOTO

Güclü külək Şəmkirdə fəsadlar törədib -    FOTO
  29 İyul 2020    Oxunub:2788
Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.





Azvision.az



Teqlər: Şəmkir   Külək   Azəriqaz  





Xəbər lenti