Məhkum oğluna narkotik aparan qadın saxlanıldı

Məhkum oğluna narkotik aparan qadın saxlanıldı
  28 İyul 2020    Oxunub:3310
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Cinayət Məcəlləsinin 228.4-cü, 317-2.1-ci, 66.2-ci, 93.1.4-cü, 67.1-ci, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Məhbus  





Xəbər lenti