Mədəniyyət Evindən oğurluq edən tutuldu
Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib.
Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN