Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  28 İyul 2020    Oxunub:3227
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti