Goranboyda mağazadan 6 min manat oğurlanıb

Goranboyda mağazadan 6 min manat oğurlanıb
  28 İyul 2020    Oxunub:3123
Goranboy rayonu ərazisindəki mağazaların birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2000 manat və oradakı seyfdən 4000 manat oğurlamaqda şübhəli bilinən Sarovlu kənd sakini A.Qiyaslı və Göygöl rayon sakini B.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti