Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.