YAP-dan səhiyyə işçilərinə hədiyyə

YAP-dan səhiyyə işçilərinə hədiyyə
  27 İyul 2020    Oxunub:2943
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) pandemiya ilə mübarizə çərçivəsində səhiyyə işçilərinə yardım həyata keçirilməsi üçün növbəti aksiya təşkil edib.
Partiyanın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, YAP səhiyyə işçilərinin COVID-19-la mübarizəsində, xəstələrin müalicəsinin daha rahat təşkilində onlara kömək məqsədilə hər birindən 1000 ədəd olmaqla, üz sipəri, qoruyucu maska və birdəfəlik geyimləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, dünyanı cənginə alan bu bəlaya qarşı mübarizə aparmaq, özümüzün və ətrafımızdakıların sağlamlığının qeydinə qalmaq, ruhdan düşməmək, çətinliklərin öhdəsindən gəlmək üçün səyləri birləşdirmək vacibdir.

A. Mirzəzadə bildirib ki, bu gün dünyanın hər yerində, o cümlədən Azərbaycanda pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünü riskə atan həkimlərdir, bu işin ən böyük yükü məhz onların üzərinə düşür.



Azvision.az


Teqlər: YAP   Səhiyyə   İşçi   Hədiyyə  





Xəbər lenti