Qadınlar susdu, bu dəfə şəkillər danışır - FOTOSESSİYA

  27 İyul 2020    Oxunub : 30000
Qadınlar susdu, bu dəfə şəkillər danışır -  FOTOSESSİYA
Tarix boyu şiddətlə qarşılaşan və zorakılığa məruz qalanların çoxu məhz qadınlar olub. Doğrudur, yüz il bundan əvvəl zorakılıq olub, yüz il bundan sonra da olacaq. Qadınların zorakılığa məruz qalması hər zaman aktual məsələlər sırasındadır.
Hazırda sağlam cəmiyyətdə yaşamaq üçün şiddətin qarşısı alınmalı və buna uyğun təbliğat vasitələrinin seçilməsi labüddür. Çünki sağlam olmayan qadın sağlam nəsillər yetişdirə bilməz və eyni zamanda şiddətə şahid olan uşaqlar isə gələcək həyatlarında ümidsizlik, depressiya, günahkarlıq, ambivalent duyğularla yaşamağa məcbur qalırlar.

Acı həqiqət ondan ibarətdir ki, dünya yaranandan bəri bir çox qadınlar istər fiziki, istər psixoloji, istərsə də sosial zorakılıqla üzləşiblər və bu, günümüzdə davam etməkdədir. Bəzən aparılan təbliğat vasitələri, maarifləndirici tədbirlər yetərsiz qalır. Sözün bitdiyi anda isə fotolar danışır...

Hər zaman aktual olan mövzunu fotolarla əks etdirmək üçün "Qadına şiddətə son" çağırışına səs verdik. Serial və filmlərdən tanıdığımız, çalışdıqları teatrların siması olan gənc aktrisalar Günel Məmmədova və Zülfiyyə Qurbanova şiddətə məruz qalan qadınları canlandırmaq üçün obyektivimizin qarşısına keçdilər. Bu işdə əməyi keçən qrimyor Gülnaz Bayramovaya da təşəkkürümüzü bildiririk.

Unutmayaq ki, qadınlara şiddət yox, sevgi, mərhəmət göstərmək lazımdır. Bu, bizim hər birimizin borcudur.



















































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Qadın