Avtobusda insident: Sərnişinlər sürücünü bıçaqladı

 Avtobusda insident:  Sərnişinlər sürücünü bıçaqladı
  27 İyul 2020    Oxunub:3665
İyulun 22-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmələri, sonradan bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə getmələri barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumatına görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti