Qobustanda yük maşını yanıb

Qobustanda yük maşını yanıb
  25 İyul 2020    Oxunub:5692
Qobustan rayonunun Qurbançı kəndində “QAZ” markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan 3 ton ot bağlamasının 1,6 tonu yanıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti