Naxçıvanda 458 ailəyə ünvanlı sosial yardım ödənilib

Naxçıvanda 458 ailəyə ünvanlı sosial yardım ödənilib
  24 İyul 2020    Oxunub:4298
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 458 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib, 8 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 1 nəfərin nəqliyyat xərcinin ödənilməsinə köməklik olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ-Lifan 330” markalı minik avtomobilləri təqdim edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Sosial   Yardım  





Xəbər lenti