İranda koronavirusdan daha 198 nəfər öldü

  16 İyul 2020    Oxunub : 3437
 İranda koronavirusdan daha 198 nəfər öldü
İranda son 24 saat ərzində 2500 nəfərin koronavirusa yoluxması aşkar edilib, 198 nəfər həyatını itirib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkə üzə ümumi yoluxma sayı 267 061 nəfər, ölənlərin sayı isə 13 608-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 230 608 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3 471 xəstənin vəziyyəti ağır olaraq qalır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19