Həyətlərində narkotik əkənlər ələ keçdi

Həyətlərində narkotik əkənlər ələ keçdi
  16 İyul 2020    Oxunub:2937
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quzanlı qəsəbə sakini F. Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd, Xındırıstan kənd sakini E.Orucovun həyətindən isə kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolları aşkar edilib götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti