Bu il 1258 əkiz, 42 üçəm doğulub

  16 İyul 2020    Oxunub : 1649
Bu il 1258 əkiz, 42 üçəm doğulub
Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47206 doğulan körpə qeydə alınıb
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəmlər olub.

Azvision.az

Teqlər: Əkiz   Üçəm