Samuxda yanğın, bir nəfər xəsarət alıb

  16 İyul 2020    Oxunub : 1644
Samuxda yanğın, bir nəfər xəsarət alıb
Samux rayonunun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4278 ton ot bağlamasının 2278 tonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Samux   Yanğın