Quldurluq edən keçmiş məhkum saxlanıldı

Quldurluq edən keçmiş məhkum saxlanıldı
  15 İyul 2020    Oxunub:2951
Bakıda quldurluq edən şəxs müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti