Bakıda kafe yanıb

Bakıda kafe yanıb
  14 İyul 2020    Oxunub:2600
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 25 m² olan taxtadan ibarət kafenin yanar konstruksiyaları 10 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqdakı tikilinin pəncərə çərçivəsi əriyib. Kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Kafe   Yanğın  





Xəbər lenti