Bakıda eyni vaxtda 3 tikilidə yanğın oldu

Bakıda eyni vaxtda 3 tikilidə yanğın oldu
  11 İyul 2020    Oxunub:4413
Bakıda yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kv/m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev, bitişik ümumi sahəsi 20 kv/m olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 2 kv/m sahədə yanıb.

Evin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti