Honkonqda məktəblər yenidən bağlanır

  10 İyul 2020    Oxunub : 1711
Honkonqda məktəblər yenidən bağlanır
Honkonqda koronavirusa yoluxma hallarının artması səbəbindən bütün məktəblər yenidən bağlanır.
Azvision.az “South China Morning Post”a istinadən xəbər verir ki, son bir gündə 30 yeni yoluxma qeydə alınıb. Onlardan 11-i bir yaşayış kompleksində aşkarlanıb.

Ümumilikdə isə Honkonqda indiyədək 1365 yoluxma olub, 7 nəfər ölüb, 1176 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Honkonq