“AzerGold”un xalis mənfəəti 55% artıb

“AzerGold”un xalis mənfəəti 55% artıb
  01 İyul 2020    Oxunub:3574
"AzerGold" QSC 2019-cu ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.

Hesabata əsasən, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21,4%, gümüş hasilatında isə 33, % artım qeydə alınıb.

"AzerGold"un maliyyə hesabatında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86,2 mln. ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27,8 mln. dollar) daha çoxdur.

Nəticədə, QSC-nin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% artaraq 12,4 mln. dollar təşkil edib.

Azvision.az


Teqlər: Azərgold   Maliyyə   Hesabat  





Xəbər lenti