Minneapolisdə 50-dən çox etirazçı saxlanılıb

  30 May 2020    Oxunub : 2060
Minneapolisdə 50-dən çox etirazçı saxlanılıb
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsi ilə başlayan iğtişaşlar nəticəsində 50-dən çox etirazçı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Minnesota ştatının İctimai təhlükəsizlik departamentinin komissarı Con Harrington bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə təhlükəsizlik 2,5 min polis əməkdaşı tərəfindən qorunur.

Komissar, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda ABŞ Milli Qvardiyasının döyüşçüləri Minneapolisə gələcəklər.

Azvision.az

Teqlər: ABŞ   Etiraz