Onlayn şahmat turniri keçiriləcək

Onlayn şahmat turniri keçiriləcək
  26 May 2020    Oxunub:6921
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək.
Azvision.az xəbər verir ki, 9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə təşkil ediləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.
Turnir “Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək.

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti