İdmançılar arasında koronavirusa yoluxan var? - RƏSMİ

  20 May 2020    Oxunub : 6083
 İdmançılar arasında koronavirusa yoluxan var? - RƏSMİ
Karantin rejiminin elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, karantin dönəmində onlar evdə olublar.
“Federasiya tərəfindən nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olurdu. Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları ilə üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. Bu günə COVID-19 şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İdmançı   Koronavirus