Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçildi

  14 May 2020    Oxunub : 6718
Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçildi
Yeddiqat dünya çempionu olmuş Mixael Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçilib.
Azvision.az xəbər verir ki, Formula 1-in rəsmi saytında keçirilən səsvermənin final mərhələsində almaniyalı pilot azarkeşlərin səsinin 61 faizini toplayaraq birinci olub.

Qeyd edək ki, 51 yaşlı pilot Formula 1-də “Jordan”, “Benetton”, “Ferrari” və “Mercedes” komandalarında çıxış edib. O, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Şumaxer başından aldığı ağır zərbədən komaya düşüb.

Azvision.az

Teqlər: Şumaxer