Tacikistanda 5 bal gücündə zəlzələ olub

  10 May 2020    Oxunub : 2644
Tacikistanda 5 bal gücündə zəlzələ olub
Tacikistanın paytaxtı Düşənbə yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusufi "RİA Novosti"-yə bildirib.

Onun sözlərinə görə, yeraltı təkanın episentri Düşənbədən 5 kilometr şərqdə, Vəhdət şəhərinin yaxınlığında yerləşib.

Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tacikistan   Zəlzələ