Saatlıda karantin qaydalarını pozanlar cərimələndi

Saatlıda karantin qaydalarını pozanlar cərimələndi
  03 May 2020    Oxunub:2676
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən məkana baxış zamanı idman zalının sahibi Şahsəddin Məmmədli və müştəri kimi digər 3 rayon sakini – Nurlan Mahmudov, Elnur Əzizov və Rəmzi Rüstəmovun karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Saatlı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti