İtaliyada koronavirusdan ölənlərin sayı 29 minə çatır

İtaliyada koronavirusdan ölənlərin sayı 29 minə çatır
  03 May 2020    Oxunub:4234
İtaliyada son sutka ərzində 474 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı artaraq 28 min 710 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 1900 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 209 min 328 nəfərdir. İndiyədək 79 min 914 nəfər koronavirusa qalib gəlib.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti