Marneulidə 8 tibb işçisi koronavirusa yoluxdu

Marneulidə 8 tibb işçisi koronavirusa yoluxdu
  02 May 2020    Oxunub:3914
Gürcüstanın Marneuli rayonunda təcili tibbi yardım xidmətinin 8 əməkdaşı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə "Birinci kanal" məlumat yayıb.

Bildirilib ki, Marneulidə virusa yoluxmuş tibb işçilərinin vəziyyəti qənaətbəxşdir və yaxın zamanda müalicə üçün paytaxt klinikalarına yola salınacaqlar.

Qeyd edək ki, martın 23-dən etibarən Marneuli rayonu koronavirus təhlükəsi ilə əlaqədar karantin zonası elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Marneuli  





Xəbər lenti